Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gəncədə cərrahlar üçün səyyar distant kurs başa çatıb

Gəncədə cərrahlar üçün səyyar distant kurs başa çatıb

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun uşaq cərrahiyyəsi və plastik cərrahiyyə kursları ilə Davamlı Tibbi Təhsil proqramına uyğun olaraq Gəncədəki 3 saylı şəhər xəstəxanasında təşkil edilən ümumi cərrahiyyə üzrə səyyar distant kurs başa çatıb.

Kursda Gəncə şəhərinin tibb müəssisələrində çalışanlarla yanaşı ətraf rayonlardan da gələn həkim-cərrahlar iştirak ediblər.

Kursun əsas məqsədi döş qəfəsi cərrahiyyəsi, qida borusu və diafraqmanın cərrahi xəstəlikləri haqqında həkimlərin bilik və bacarıqlarını artırmaqdan ibarət olub. Dərsləri institutun uşaq cərrahiyyəsi və plastik cərrahiyyə kursları ilə cərrahiyyə kafedrasının müdiri, professor Nazim Qasımovun rəhbərliyi ilə kafedranın əməkdaşları aparıb.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

28 Oktyabr 2019 15:14 - SƏHİYYƏ
SƏHİYYƏ
16 Noyabr 2019 | 11:57
Diabet: Ailənizi qoruyun!

Köhnə versiyamızdan xəbərləri izlə