Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Elmi Cərrahiyyə Mərkəzinin mütəxəssisləri Tərtərdə

Elmi Cərrahiyyə Mərkəzinin mütəxəssisləri Tərtərdə

Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin mütəxəssisləri Tərtər rayonunda əhalinin tibbi müayinəsini həyata keçiriblər.

Elmi Cərrahiyyə Mərkəzinin ümumi cərrah, kardiocərrah, damar cərrahı, cərrah-endokrinoloq, proktoloq, kardioloq, qastroenteroloq, endoskopist və şüa diaqnostika ixtisasları üzrə mütəxəssisləri Tərtər Rayon Mərkəzi Xəstəxanasında əhaliyə konsultativ tibbi yardım göstəriblər. Xəstəxanada tibbi müayinələrin aparılması üçün zəruri şərait yaradılıb. Mərkəzin həkimləri tibbi müayinələrdə həvəslə iştirak etdiklərini bildiriblər. Sakinlər də müayinələrdən razılıqlarını ifadə ediblər.

Elmi Cərrahiyyə Mərkəzinin mütəxəssisləri, həmçinin yerli həkimlərlə təcrübə mübadiləsi aparıb, bilik və bacarıqlarının bölüşüblər.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

28 Oktyabr 2019 15:13 - SƏHİYYƏ
SƏHİYYƏ
16 Noyabr 2019 | 11:57
Diabet: Ailənizi qoruyun!

Köhnə versiyamızdan xəbərləri izlə