Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Ölən dünyanın yaddaşı”

Xalq yazıçısı İsmayıl Şıxlıya həsr edilmiş bu adda filmin təqdimatı olacaq

Tədbir  Beynəlxalq Muğam Mərkəzində baş tutacaq.

Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin görkəmli ədibin 100 illik yubileyinin qeyd olunması haqqında imzaladığı müvafiq sərəncam əsasında hazırlanmış tədbirlər planına uyğun olaraq təşkil edilib.

Xalq yazıçısı İsmayıl Şıxlı koloritli xarakterlər və yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik zəngin yaradıcılığı ilə Azərbaycan xalqının bədii fikir salnaməsinə yeni parlaq səhifə yazmış söz ustalarındandır. Onun yaradıcılığı bədii dilin obrazlılığı, daxili aləmin təsvirinin genişliyi və əlvanlığı ilə seçilir. Eyni zamanda, xalqımızın taleyüklü məsələlərinə daim vətəndaş, ziyalı mövqeyi nümayiş etdirmiş İsmayıl Şıxlının fəaliyyəti bütövlükdə azərbaycançılıq məfkurəsinə sədaqətin və ənənəvi dəyərlərə ehtiramın bariz nümunəsidir.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

28 Oktyabr 2019 12:20 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə