Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Həkimlərimizi tanıyın

Mama-ginekoloq Dr. Nərmin Muradova

Həkimlərimizi tanıyın

“Həkimlərimizi tanıyın!” rubrikamızda Sizlərə yüzlərlə qadına ana sevinci yaşadan peşəkar   həkim,   mama-ginekoloq Dr. Nərmin Muradovanı təqdim edirik.

Mərkəzi Gömrük Hospitalında Dr.Nərmin Muradova normal, patoloji,riskli, hamiləlik təqibini, normal fizioloji və cərrahi doğuşları, uroginekologiya və kosmetik ginekoloji cərrahiyyəni, sonsuzluğun konservativ və cərrahi müalicəsini, laparoskopik kolposkopiya,  mioma, kist, endometriozis,histerektomiya əməliyyatları, ginekoloji xəstəliklərin müalicəsini vəsüni mayalandırma prosedurunun aparılması prosedurlarını  həyata keçirir.

Dr. Nərmin Muradova 2007-ci ildə  Azərbaycan  Tibb Universitetinin müalicə profilaktika fakültəsini bitirmiş, 2007-2009-cu illərdə 1 Saylı Doğum Evində mama-ginekologiya ixtisası üzrə kliniki ordinatura keçmişdir.2009-2010-cu illərdə dövlət və özəl doğum evlərində mama-ginekoloq, 2011-2012-ci illərdə İstanbul Şişli Hamidiye Etfal Egitim və Araşdırma Hastanesinin Qadın xəstəlikləri və doğum şöbəsində mama-ginekoloq kimi çalışmış və 2010-cu ildən  Mərkəzi Gömrük Hospitalında mama-ginekoloq kimi çalışır.

Dr.Nərmin Muradova daim öz üzərində çalışan, ixtisasını artıran həkimdir. Dünya tibb sahəsində qazanılan uğurları, tibbin yeniliklərini izləyir və öz təcrübəsini zənginləşdirir.10-dan çox çap olunmuş elmi məqalənin müəllifi və 30-dən çox elmi konfransın iştirakçısıdır. O, yalnız son 3 il ərzində Türkiyənin İstanbul Şişli Hamidiye Etfal xəstəxanasında qadın xəstəlikləri və hamiləliyin düzgün aparılması üzrə ixtisasartıtma kursunda, İzmir şəhərində Ege Universitetinin Tibb fakültəsi tərəfindən keçirilən ginekoloji endoskopik simpoziumda, Bakı şəhərində “Mama-ginekologiyada diaqnostikanın və müalicənin aktual problemləri” təlimində və Türkiyənin İstanbul şəhərində II minimal invaziv ginekoloji cərrahiyyə  konqresində iştirak etmişdir. 

Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/nrmin-manafova

Dr. Nərmin Muradovanın qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

 

Dilarə Zamanova,
Planlaşdırma və Marketinq şöbəsi,
PR üzrə mütəxəssis

25 Oktyabr 2019 16:40 - SƏHİYYƏ
SƏHİYYƏ
25 Oktyabr 2019 | 16:40
Həkimlərimizi tanıyın

Köhnə versiyamızdan xəbərləri izlə