Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ARDNF dövlət büdcəsinə 7,5 milyard manat vəsait transfer edib

ARDNF dövlət büdcəsinə 7,5 milyard manat vəsait transfer edib

2019-cu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 14 milyard  715,2 milyon manat, büdcə xərcləri isə 7 milyard 680,4 milyon manat olub.

ARDNF-dən verilən məlumata görə, 2019-cu ilin yanvar-sentyabr ayları ərzində fondun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 12 milyard 74,9 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 11 milyard  290,4 milyon manat, bonus ödənişləri 766,4 milyon manat, akrhesabı ödənişləri 4,7 milyon manat, tranzit gəlirləri 13,4 milyon manat olub.

Hesabat dövrü ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 2 milyard  640,3 milyon manat təşkil edib.

Hesabat dövrü ərzində ARDNF-nin 2019-cu il büdcəsinin icrası çərçivəsində 7 milyard  536 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 126,4 milyon manat vəsait ayrılıb. 2019-cu ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 18 milyon manat təşkil edib.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərci 219,8 milyon manat təşkil edib.

2019-cu ilin 30 sentyabr tarixinə Fondun aktivləri 2019-cu ilin əvvəlinə (38 milyard 515,2 milyon ABŞ dolları) nisbətən 10,4% artaraq 42 milyard 524,4 milyon ABŞ dollarına bərabər olub.

Aktivlərin artımı ARDNF-nin büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olmuşdur. Müvafiq dövr ərzində ən yüksək gəlirlilik səhm alt portfelində müşahidə olunmaqla investisiya portfelinin hər bir tərkib aktiv növü üzrə müsbət gəlirlilik qeydə alınmışdır. Belə ki, səhm alt portfeli üzrə ötən ilki mənfi gəlirliliyə baxmayaraq (-6,6%) 2019-cu ilin 9 ayı ərzində müvafiq göstərici 15,2% təşkil etmişdir.

 

“Xalq qəzeti”

25 Oktyabr 2019 16:09 - İQTİSADİYYAT
İQTİSADİYYAT
30 Oktyabr 2019 | 12:04
İşgüzar görüş

Köhnə versiyamızdan xəbərləri izlə