• RUB: 0.0259
  • TRY: 0.2937
  • EUR: 1.9673
  • USD: 1.7000
  • Bakı + 18.6 ° C / 65%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəmkir: “Ali məktəblərə qəbul olunanların sayının artması ölkə rəhbərinin ümumtəhsil məktəblərinə göstərdiyi diqqət və qayğının nəticəsidir...”

Şəmkir: “Ali məktəblərə qəbul olunanların sayının artması ölkə rəhbərinin ümumtəhsil məktəblərinə göstərdiyi diqqət və qayğının nəticəsidir...”

Yazının sərlövhəsinə çıxardığımız bu sözləri Şəmkir Rayon İcra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov rayonun Cahangir Rüstəmov adına tam orta məktəbində keçirilən “Bilik günü”ndə çıxışı zamanı deyib. O, bu bayram münasibətilə məktəbliləri, valideyn və müəllimləri təbrik edib, onlara yeni dərs ilində uğurlar arzulayıb. Rayon rəhbəri ötən tədris ilinin Şəmkir üçün də uğurlu olduğunu diqqətə çatdırıb, ali məktəblərə qəbul imtahanlarında məktəb məzunlarının yüksək nəticələr göstərdiyini vurğulayıb. Alimpaşa Məmmədov deyib ki, bu uğurların əsasında təhsilə göstərilən dövlət qayğısı dayanır: “Təhsil sahəsində şahidi olduğumuz nailiyyətlər dövlət başçısı İlham Əliyevin və ölkənin birinci xanımı Mehriban Əliyevanın ardıcıl, məqsədyönlü və Azərbaycanın gələcək inkişaf perspektivlərinə hesablanmış təhsil strategiyasından qaynaqlanır” vurğulayıb.

Bayram tədbirində azyaşlılardan ibarət rəqs qrupunun ifasında rəngarəng musiqi nömrələri, məktəblilərin ifasında şeirlər dinlənilib.

 

Hamlet Qasımov,
"Xalq qəzeti”nin bölgə müxbiri

 

17 2018 14:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin