Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Müxalifət niyə boş-boş danışır

Müxalifət niyə boş-boş danışır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı kadr dəyişiklikləri müxalifət düşərgəsini çaşdırıb.

“Görkəmli hüquqşünas”, “millət fədaisi”, “mətin inqilabçı” köhnə cəbhəkrat Əli Kərimli “Xalq TV”yə verdiyi müsahibədən belə çıxır ki, Əli Kərimlinin 19 oktyabr “inqilabı”ndan sonra ölkə Prezidenti  islahatlara başlayıb. Nə qədər gülünc bir fikir.

Əli Kərimlinin köməkçisi, qondarma milli şuranın sədri, III qrup əlil, “dünya şöhrətli” tarixçi Cəmil Həsənli isə “Osmanqızı TV” ilə  akademik  Ramiz Mehdiyevə böhtan ,şər  atır. Əgər Ramiz Mehdiyevin idarəçilik qabiliyətinin , savadının və fikrinin 1 faizi Cəmil Həsənlidə, Əli Kərimlidə olsaydı onlar nə edərdi?

Digər tərəfdən , qanunsuz  mitinqdə  güya  polislər tərəfindən işgəncəyə məruz qalıblar. Əli Kərimlinin köməkçisi Müsavatın başqanlığı uğrunda seçkilərdə nokauta düşmüş Tofiq Yaqublu yenidən Daxili İşlər Nazirliyinin Baş Hospitalına aparılıb və onun səhhətində işgəncəyə dair heç bir şey aşkar  edilməyib.

Digər tərəfdən “AXC-Müsavat” hakimiyyəti dövründə  mitinqə çıxanları , jurnalistləri döyərkən, onlara ağır bədən xəsarətləri yetirərkən niyə Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı susurdu və deyirdilər ki, bizi heç kəs devirə bilməz. Nəhayət , bir qiyamçının əlindən az qala siçan deşiyi axtaran bu “bəyləri” ümummilli lider, dahi rəhbər Heydər Əliyev xilas etdi.

Müxalifətin aksiyalarda, mitinqlərdə səsləndirdiyi “azadlıq, azadlıq” şüarlarını nə üçün səsləndirdiyi əvvəlcə aydın deyildi. Yalnız “məşhur blogerlər” Mehman Hüseynovla Orduxan Teymurxanın reportajından başa düşdük. Mehman Hüseynov deyirdi: Baxın bura Amsterdamdır, cavanlar yığışıb. Nəşə çəkən kim, spirtli içki içən kim, sevişən kim? Polislər onlara toxunmur.

Buradan aydın olur ki, nəşə çəkməyi, spirtli içki içməyi, küçədə nalayiq hərəkətlər edən  cavanların durumunu Mehman Hüseynov, Orduxan Teymurxan azadlıq sayır.

Onlar Azərbaycanı hara sürükləmək istəyirlər?

 

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

24 Oktyabr 2019 17:42 - CƏMİYYƏT
CƏMİYYƏT
31 Oktyabr 2019 | 16:55
Əli Kərimlinin növbəti şousu

Köhnə versiyamızdan xəbərləri izlə