Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kilian Mbappe rekordu yeniləyib

Kilian Mbappe rekordu yeniləyib

Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda “Brügge”ni böyük hesabla məğlub edən Fransa təmsilçisi PSJ-nin futbolçusu Kilian Mbappe yeni uğura imza atıb. Belə ki, 5:0 hesabıyla bitən qarşılaşmada het-trik edən 20 yaşlı hücumçu, Çempionlar Liqasında vurduğu qollarının sayını 16-ya çatdırıb.
Mbappe Çempionlar Liqası tarixində 15 qol səddinə çatan ən gənc futbolçu ünvanını qazanıb. Fransız oyunçu bu uğura 20 yaşında çatıb. Bundan əvvəlki rekord “Barselona”lı Lionel Messiyə aid idi. Argentinalı oyunçu bu turnirdə 15 qol səddinə 21 yaşında çatmışdı.
Xəbəri “goal.com” yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

23 Oktyabr 2019 22:53 - İDMAN
İDMAN
22 Noyabr 2019 | 09:45
Skolariyə təklif göndərilib
20 Noyabr 2019 | 23:39
Mourinyo “Tottenhem”də

Köhnə versiyamızdan xəbərləri izlə