Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Müxalifət xasiyyətindən əl çəkmir

Müxalifət xasiyyətindən əl çəkmir

Oktyabrın 19-da müxalifətin qanunsuz mitinqinin qarşısı alındıqdan sonra müxalifətçilər, xüsusilə, AXCP sədri Əli Kərimli güya ona işgəncə verildiyindən, bir saat yarım 5-6 polis əməkdaşının onu döydüyündən və s. danışır. “Osmanqızı TV”, “Mühacir TV” bunu geniş işıqlandırır.

Halbuki Daxili İşlər Nazirliyinin Baş Hospitalının rəisi İ. Babaxanov bildirmişdir ki, Əli Kərimli, Tofiq Yaqublu müayinə edilmiş, onlarda heç bir işgəncə yeri aşkar edilməmişdir.

İstər cəbhəkrat Əli Kərimli, istərsə də onlara ruh verən Sevinc Osmanqızı Azərbaycan iqtidarını tənqid edirlər. Halbuki, Əli Kərimli və onun tərəfdarları ictimai asayişi , siyasi sabitliyi pozmaq istədikləri üçün saxlanmışdılar.

Avropadan danışan Əli Kərimli Fransada ictimai asayişi pozsaydı onu nə gözləyirdi. Halbuki Azərbaycan polisi təmkinlik və qətiyyət göstərərək asayişi pozanlarla olduqca mülayim rəftar ediblər.

Sevinc Osmanqızı isə Türkiyə vətəndaşına Azərbaycandakı hadisələrdən danışaraq iqtidara qadına yaraşmayan sözlər deyir və öz savadsızlığını və səviyyəsizliyini bir daha büruzə verir.Sevinc Osmanqızı bilirmi ki, Türkiyədə asayişi, sabitliyi pozanlarla Türkiyə polisi necə rəftar edir?!

Əli Kərimli isə başını bir neçə dəfə maşına vuraraq polislərə şər atır.

İstər Avropa ölkələri, istərsə də ABŞ bu cür qanunsuz mitinqləri və aksiyaları pisləyir, polislər qanunsuzluq edənlərə qarşı daha sərt davranırlar.

Azərbaycan dövləti də həmişə siyasi sabitliyi,ictimai asayişi daim qoruyacaq.

 

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”  

23 Oktyabr 2019 17:28 - CƏMİYYƏT
CƏMİYYƏT
31 Oktyabr 2019 | 16:55
Əli Kərimlinin növbəti şousu

Köhnə versiyamızdan xəbərləri izlə