Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hikmət Hacıyev: Avropa İttifaqının Azərbaycandakı mitinqlə bağlı tələsik bəyanatı həqiqəti əks etdirmir

Hikmət Hacıyev: Avropa İttifaqının Azərbaycandakı mitinqlə bağlı tələsik bəyanatı həqiqəti əks etdirmir

Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “EURACTIV Network”də dərc olunan məqaləsində bildirilir ki, Avropa İttifaqının (Aİ) Azərbaycandakı mitinqlə bağlı tələsik bəyanatı həqiqəti əks etdirmir.

Hikmət Hacıyev qeyd edib ki, Bakının mərkəzində icazəsiz mitinq keçirmək cəhdi birtərəfli və təhrif olunmuş formada təqdim edilib: “Aşırı güc tətbiq olunması və onlarla şəxsin saxlanması barədə bəyanatlar həqiqətə uyğun deyil”.

Şöbə müdiri bildirib ki, Azərbaycanda sərbəst toplaşma azadlığı tam təmin olunub.

Bu il oktyabrın 8-də həmin qrupun Bakı Şəhər İcra Hakimiyyəti qarşısında piket keçirmək müraciəti də təmin olunmuşdur: “Amma onlar bunu günün hərəkətli vaxtında mərkəzi küçədə mitinqə çevirməyə çalışdılar. 18 oktyabr mitinqində Azərbaycan polisi peşəkar davranıb. Saxlanan şəxslər xəbərdarlıq edilərək buraxılıblar. Heç kim xəsarət almayıb. Beləliklə, bəzi şəxslərin, o cümlədən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin polis tərəfindən xəsarət almaları barədə bəyanatlar yalandan başqa bir şey deyil”.

Şöbə müdiri Avropa paytaxtlarında dinc aksiyalar zamanı aşırı gücdən, o cümlədən rezin güllələrdən, eləcə də itlərdən istifadə olunması faktlarını xatırladıb.

H.Hacıyev qeyd edib ki, bu mitinqin əsl hədəfi həddən artıq dramatikləşdirilmiş teatr səhnəsini göstərmək idi: “Bu fəaliyyət daxili və xarici ictimai dəstək almağa yönəlmişdi. Azərbaycan xalqı hakimiyyətin mənbəyidir və seçkilərdə iştirak edir. Demokratik və sabit inkişaf Azərbaycanın şüurlu seçimidir”.

 

“Xalq qəzeti”

23 Oktyabr 2019 16:13 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə