Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistanda “Cənubi Qafqaz Dəmir Yolları” QSC-nin maşinistləri tətil edirlər

Ermənistanda “Cənubi Qafqaz Dəmir Yolları” QSC-nin maşinistləri tətil edirlər

Ermənistanın Gümrü şəhərində ölkənin dəmir yollarını idarə edən “Cənubi Qafqaz Dəmir Yolları” QSC-nin maşinistləri tətil edirlər.

Erməni KİV-lərinin məlumatına əsasən, maşinistlər əmək haqlarının 30 faiz artırılmasını tələb edirlər.

Tətil nəticəsində Gümrüdən Yerevana hərəkət edən elektrik qatarları reysə çıxmayıb.

Şirkət tətillə bağlı münasibət bildirməyib.

Qeyd edək ki, “Cənubi Qafqaz Dəmir Yolları” QSC “Rusiya Dəmir Yolları” şirkətinin 100 faizlik törəmə şirkətidir və Ermənistanda dəmir yollarının idarəsi ilə məşğul olur.

 

“Xalq qəzeti”

23 Oktyabr 2019 14:29 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə