Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əlahiddə Ümumqoşun Orduda beynəlxalq silahlara nəzarət inspeksiyası keçirilib

Əlahiddə Ümumqoşun Orduda beynəlxalq silahlara nəzarət inspeksiyası keçirilib

Naxçıvan Muxtar Respublikasında növbəti dəfə beynəlxalq silahlara nəzarət inspeksiyası keçirilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Norveç Krallığının rəhbərlik etdiyi və tərkibində Danimarka, Lüksemburq, Niderland, İspaniya və ABŞ-dan nümayəndələrin də yer aldığı 9 nəfərdən ibarət beynəlxalq inspeksiya qrupu tərəfindən Əlahiddə Ümumqoşun Orduda "Elan olunmuş yer"in inspeksiyası və qiymətləndirilməsi aparılıb.

“Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə” çərçivəsində döyüş tanklarının, zirehli döyüş maşınlarının, artilleriya və minaatan qurğularının sayı yoxlanılıb, Təlim-Tədris Mərkəzinə və hərbi hissələrin ərazisindəki digər binalara baxış olub.

Yoxlamanın sonunda beynəlxalq inspeksiya qrupuna və hərbi hissələrin nümayəndələrinə xatirə hədiyyələri təqdim edilib. Səfər çərçivəsində qonaqlar muxtar respublikanın gəzməli-görməli yerlərində, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində olublar.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

23 Oktyabr 2019 11:47 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə