Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət Məşğulluq Xidməti 61 min 791 nəfəri işlə təmin edib

Dövlət Məşğulluq Xidməti 61 min 791 nəfəri işlə təmin edib

Cari ilin yanvar–sentyabr ayları ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti (DMX) tərəfindən 61 791 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlərlə təmin olunub. Bu barədə nazirliyin icimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat veriblər.
Məlumatda bildirilir ki, işlə təmin olunanlardan 21 978 nəfəri qadınlardır. DMX tərəfindən, eyni zamanda, həssas qrupdan olan şəxslərin və gənclərin əmək bazarına çıxışının dəstəklənməsi, onların səmərəli məşğulluğuna şərait yaradılması işləri də davam etdirilib. Belə ki, işlə təmin edilənlərdən 14 989 nəfəri gənclər, 3676-sı məcburi köçkünlər, 1805 nəfəri isə əlilliyi olan şəxslərdir.

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

23 Oktyabr 2019 10:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə