Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Daha 121 şəhidin 177 vərəsəsi birdəfəlik ödəmə alacaq

Daha 121 şəhidin 177 vərəsəsi birdəfəlik ödəmə alacaq

Prezident İlham Əliyevin müvafiq fərmanının icrası işlərinin davamı kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki komissiya daha 121 şəhidin 177 vərəsəsinə birdəfəlik ödəmənin (11 min manat) verilməsinə dair qərar qəbul edib.

Birdəfəlik ödəmələr yaxın günlərdə həmin vərəsələrin bank hesablarına köçürüləcək. Bu zaman vərəsələrə ödənişin onların hesablarına köçürüldüyü barədə rəsmi bildiriş göndəriləcək.
Ümumilikdə indiyədək 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüquqlarının olduğu müəyyən edilib. Onlardan artıq 11740 şəhidin 17479 vərəsəsinin birdəfəlik ödəmə ilə təminatı işləri aparılıb.
Qeyd edək ki, şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramı artıq 96 faiz icra olunub.

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

 

23 Oktyabr 2019 10:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə