Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Sabunçu Rayon Mühafizə İdarəsi 1 ədəd minik avtomobilinin satın alınması üçün AÇIQ TENDER ELAN EDİR

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi  Baş Mühafizə İdarəsinin Sabunçu Rayon Mühafizə İdarəsi 1 ədəd minik avtomobilinin satın alınması üçün AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarına təklif olunur ki, dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.
İştirak haqqı 100 manatdır.
Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri-
VÖEN - 1800105751 
H/h – AZ40 İBAZ38090019449955765212
ARBB-nin Sabunçu filialı 
VÖEN - 9900001881 
Kod -805573 
M/h – AZ03NABZ01350100000000002944 
İBAZA2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
-malgöndərənlərin (podratçıların) ixtisas uyğunluğuna aid məlumat (əsas şərtlər toplusunun malgöndərənlərin (podratçıların) ixtisas uyğunluğuna aid məlumat formasına uyğun olaraq).
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 14 noyabr 2019-cu il saat 17.00-a, tender təklifi ilə bank təminatı sənədlərini isə 22 noyabr 2019-cu il saat 17.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər. 
Tender təklifləri zərfləri 25 noyabr 2019-cu il saat 10.00-da açılacaqdır.
İddiaçılar açılışın nəticələri ilə portal vasitəsilə tanış ola bilərlər.
QEYD- tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

Tender komissiyası

23 Oktyabr 2019 10:43 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
9 Noyabr 2019 | 00:39
MƏTANƏT A
9 Noyabr 2019 | 00:32
Kapital Bank
9 Noyabr 2019 | 00:29
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə