Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxs ofis texnikası üçün ehtiyat hissələri və aksesuarların satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxs ofis texnikası üçün ehtiyat hissələri və aksesuarların satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçirilir.
Lot-1. Ofis texnikası üçün ehtiyat hissələri və aksesuarların satın alınması.
Tender iştirakçılarına təklif olunur ki, dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet portalına (portal) elektron imza vasitəsilə daxil olsunlar va tender haqqında ətraflı malumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər 60 manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra tenderin əsas şərtlər toplusunu portal vasitəsilə əldə edə bilərlər.
Təşkilat- Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxs (VÖEN- 1304673921)
Bank- “Azər-Türk bank” ASC-nin Müştəri Xidmətləri Mərkəzi 
Ünvan- Bakı şəhəri, C.Məmmədquluzadə küçəsi 85; 192/193
Kod- 507699
VÖEN(bank)- 9900006111
SWIFT- AZRTAZ22
M/h- AZ02NABZ01350100000000022944
H/h- AZ98AZRT38060019440028835001
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri portal vasitəsilə təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində (təklifin təminatı) bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notarial qaydada təsdiq edilmiş surətləri);
- iddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
- iddiaçının işləri yerinə yetirmək üçün potensial imkanları və maddi-texniki bazası haqqında yazılı məlumat;
- iddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). 
İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) və iş cədvəlini 14 noyabr 2019-cu il saat 17.00-dək, tender təklifi və bank təminatını isə 21 noyabr 2019-cu il saat 17.00-dək təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan tender təkliflərinə baxılmayacaqdır. 
Təkliflər 22 noyabr 2019-cu il saat 11.00-da açılacaqdır.
İddiaçılar açılışın nəticələrini portal vasitəsilə izləyə bilərlər.
Tender təkliflərini qiymətləndirib müqayisə edərkən əsas şərtlər topIusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli mallar (işlər və xidmətlər) üzrə tender təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni malların qiymətinin 20 faizi həcmində güzəştli düzəliş tətbiq edilir.
İddiaçıların tender təklifi, həmçìnin tenderlə əlaqədar bütün yazışmalar və sənədlər Azərbaycan dilində həyata keçirilməlidir. Qiymət təklifləri Azərbaycan manatı ilə verilməlidir.
Əlaqələndirici şəxs- İlham Əliyev, telefon- 502-47-53/56/58, daxili 144
Faks: 465-87-96, 502-47-22
E-mail: [email protected]
Ünvan- AZ1138, Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi 1M.

 

Tender komissiyası

23 Oktyabr 2019 10:42 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
9 Noyabr 2019 | 00:39
MƏTANƏT A
9 Noyabr 2019 | 00:32
Kapital Bank
9 Noyabr 2019 | 00:29
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə