Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Milli Elmlər Akademiyasının “Elm” nəşriyyatı 2019-cu ildə malların (işlərin və xidmətlərin) satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Azərbaycan Milli Elmlər Akademiyasının “Elm” nəşriyyatı  2019-cu ildə malların (işlərin və xidmətlərin) satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender nəşriyyat planına əsasən 2019-cu ilin II yarımili üçün nəzərdə tutulmuş nəşr məhsullarının hazırlanmasına və çapına istifadə olunan nəşriyyat-mətbəə (poliqrafiya) materiallarının satınalınması məqsədilə keçirilir.
Tender 2 lot üzrə keçiriləcəkdir.
Lot-1. Kağız və kağız məmulatlarının satın alınması.
Lot-2. Mətbəədə istifadə edilən kimyəvi məhsulların və digər poliqrafiya materiallarının satın alınması. 
Tender iştirakçılarına təklif olunur ki, dövlət satınalmalarının https://www.etender.gov.az vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.
İştirak haqqı lot-1 üçün 200 (iki yüz) manat, lot-2 üçün isə 100 (bir yüz) manatdır.
Maraqlananlar tenderdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra tenderin əsas şərtlər toplusunu ala bilərlər.
Azərbaycan Milli Elmlər Akademiyasının “Elm” nəşriyyatı
 VÖEN -1701928961
 Dövlət Xəzinədarlığı Agentliyi
Kod-210005, 
VÖEN -1401555071
M/h- AZ41NABZ01360100000000003944
 SWİFT: CTREAZ22,
 H/h- AZ12CTRE00000000000004138313
 7-ci fond, maddə -142340
 Ünvan-Bakı, İstiqlaliyyət küçəsi 28.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Malgöndərənlər (podratçılar) iddiaçı statusu qazanmaq üçün tender komissiyasına aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak etmək üçün yazılı müraciət;
-iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
-tender təklifi (zərflər açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);
-tender təklifi qiymətinin 1 faizi həcmində təklifin bank zəmanəti (zərflər açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
-malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər:
– malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə, hüquqi ünvanı və bank rekvizitləri;
– malgöndərənin (podratçının) hüquqi sənədlərinin (nizamnamə, dövlət reyestrindən çıxarış və VÖEN) notarial qaydada təsdiq edilmiş surəti;
– malgöndərənin (podratçının) ixtisas göstəricilərinə aid məlumat (son bir ildə xaricdən alınmış poliqrafiya materiallarının siyahısı əlavə edilməklə);
– malgöndərənin (podratçının) son bir ildəki maliyyə dövriyyəsi barədə bank arayışı;
– malgöndərənin (podratçının) son bir ildəki maliyyə vəziyyətini əks etdirən və vergi orqanları tərəfindən təsdiq olunmuş vergi bəyannaməsi;
– Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanından və DSMF-dən arayış;
– malgöndərənin (podratçının) son üç ildə müvafiq kağız və digər poliqrafiya materiallarının alqı-satqısı üzrə ixtisaslaşdığını təsdiq edən sənədlər (yük-gömrük bəyannamələri, qaimələr və s.).
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.
 İddiaçılar tenderdə iştirak üçün 1-ci, 2-ci və 5-ci bəndlərdə qeyd olunan sənədləri 8 noyabr 2019-cu il saat 18.00-a , tender təklifi ilə bank təminatı sənədlərini isə 19 noyabr 2019-cu il saat 18.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri lot-1 üçün 20 noyabr 2019-cu il saat 15-00-da, lot-2 üçün isə saat 16.00-da açılacaqdır. 
İddiaçılar açılışın nəticələrilə portal vasitəsilə tanış ola bilərlər.
QEYD-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun keçiriləcəkdir. 

 

Tender komissiyası

23 Oktyabr 2019 10:41 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
9 Noyabr 2019 | 00:39
MƏTANƏT A
9 Noyabr 2019 | 00:32
Kapital Bank
9 Noyabr 2019 | 00:29
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə