Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əfqanıstan: “Taliban” yaraqlıları ilə toqquşma olmuşdur

Əfqanıstan: “Taliban” yaraqlıları ilə toqquşma olmuşdur

Əfqanıstanın şimalındakı Kunduz vilayətində radikal “Taliban” hərəkatının yaraqlıları ilə toqquşmalarda azı 15 polis əməkdaşı ölüb. Bu barədə “Amerikanın  səsi” məlumat yayıb.

Bildirilir ki, “Taliban” yaraqlıları dünən səhər Əliabad rayonundakı nəzarət-buraxılış məntəqəsinə hücum edib. Səkkiz yaraqlı məhv edilib. 
Yeri gəlmişkən, ABŞ Müdafiə Nazirliyi qoşunların Əfqanıstandan tam çıxarılması üçün bir plan hazırlayır.
Məlumata görə, Pentaqon yaxın həftələrdə müvafiq qərar veriləcəyi təqdirdə qoşunların Əfqanıstandan təcili çıxarılması planı üzərində işləyir. 
Xatırladaq ki, son bazar günü ABŞ müdafiə naziri Mark Esper Əfqanıstan Prezidenti Əşrəf Qani ilə görüşdə terrorla mübarizə və ikitərəfli münasibətləri müzakirə edib. Pentaqon rəhbərinin sözlərinə görə, ABŞ bu ölkədə fəaliyyət göstərən terror qruplaşmalarına qarşı mübarizəyə zərər vermədən Əfqanıstandakı kontingentini azaldacaq.

Mahmud QƏRİBOV, “Xalq qəzeti” 

 

23 Oktyabr 2019 10:38 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə