Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Alkoqollu içkilərə qarşı yeni kampaniya

Alkoqollu içkilərə qarşı yeni kampaniya

“Anadolu” agentliyinin yaydığı xəbərə görə, Çexiyada “İçməmək normal haldır” şüarı ilə yeni kampaniya başlayıb. 
Məlumata görə, kampaniya ölkə hökuməti tərəfindən dəstəklənib və bunun sponsorlaşdırılmasına razılıq verilib. Bildirilir ki, kampaniyanın məqsədi ölkə vətəndaşları arasında alkoqoldan istifadə və nəticə etibarilə sui-istifadə səviyyəsini azaltmaqdır. 
Mənbə qeyd edir ki, Çexiya Səhiyyə Nazirliyi kampaniyanın Çexiya vergi ödəyicisinə təqribən 80 min avroya başa gələcəyini açıqlayıb.
Qeyd edək ki, son illər alkoqoldan istifadənin azalması meylinin müşahidə olunmasına baxmayaraq, bu problem ölkənin sosial gündəliyinin ən mühüm məsələlərindən biri olaraq qalmaqdadır. Yaşlı çexlərin təqribən 5 faizi hər gün alkoqol qəbul edir. Onlar arasında hər altı nəfərdən biri ifrat dərəcədə içir.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

23 Oktyabr 2019 10:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə