Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Evo Morales liderdir

Evo Morales liderdir

Boliviyanın Seçki Komissiyası bazar günündən sonra ilk dəfə prezident seçkilərində səslərin hesablanması məlumatlarını yeniləyib.
Məlumata görə, səslərin 95,02 faizi-nin hesablanmasından sonra hazırkı dövlət başçısı Evo Morales seçkilərdə liderlik edir.
Yenilənmiş məlumatlara əsasən, Morales 46,41 faiz səs toplayıb. Seçkilərdə onun əsas rəqibi olmuş Karlos Mesaya isə seçicilərin 37,07 faizi səs verib.
Beləliklə, Moralesin topladığı səs fərqi 9,34 faiz təşkil edir. Ölkə qanunvericiliyinə görə, seçkilərin birinci turunda qalib gəlmək üçün, namizəd 50 faizdən çox səs yığmalıdır. Namizəd rəqibindən 10 faiz artıq səs toplamaqla minimum 40 faiz səs qazanmalıdır. 
İnformasiyanı RİA “Novosti” yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

 

23 Oktyabr 2019 10:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə