Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ukraynada vertolyot qəzası

Ukraynada vertolyot qəzası

Ukraynanın Poltava vilayətində “Robinson 44” vertolyotu qəzaya uğrayıb.

“UNİAN” agentliyinin məlumatına görə, Ukrayna Daxili İşlər Nazirliyinin nümayəndəsi Artyom Şevçenko bildirib ki, vertolyotda olan Ukraynanın keçmiş aqrar siyasət və ərzaq naziri Taras Kutovoy həlak olub.

Kiyevdən Poltavaya uçan vertolyotu sabiq nazir özü idarə edirmiş.

Xatırladaq ki, 43 yaşlı Taras Kutovoy 2013-2016-cı illərdə Ali radanın deputatı, 2016-2018-ci illərdə Ukraynanın aqrar siyasət və ərzaq naziri işləyib.

Hazırda hadisənin səbəbləri araşdırılır.

 

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

22 Oktyabr 2019 17:39 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə