Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Müxalifətin iddialarını iqtidar təkzib edir

Müxalifətin iddialarını iqtidar təkzib edir

Oktyabrın 19 da “görkəmli hüquqşünas”, “millət fədaisi”, “mətin inqilabçı”, “bütün qanunları əzbərdən bilən “ AXCP sədri Əli Kərimli və onun tərəfdarları icazəsiz olaraq metronun “28 May” stansiyasında mitinq keçirmək istəyirdi. Lakin mitinqin alınmadığını görən cəbhəkrat  tərəfdarlarını yürüşə səslədi. Lakin bu cəhd də uğursuz alındı.  Polislər ictimai asayişi və siyasi sabitliyi pozmaq istəyənləri saxladılar.

Əli Kərimli, Tofiq Yaqublu və digər saxlanılan müxalifətçilər bildirdilər ki, onlara işgəncə veriblər. Lakin Daxili İşlər Nazirliyindən bildirdilər ki, müxalifətçilərə heç bir işgəncə verilməyib. Onlar Daxili İşlər Nazirliyinin Baş Hospitalında müayinədən keçiblər. Əksinə, Əli Kərimli iki polis əməkdaşına xəsarət yetirib.

Bundan əlavə , Əli kərimlinin köməkçisi, qondarma milli şuranın sədri Cəmil Həsənli “Osmanqızı TV” və “Mühacir TV” ilə müsahibəsində  iqtidarın əleyhinə lazımsız sözlər işlədərək boş-boş danışdı.

Əhali arasında apardığımız sorğuya görə, hamı İlham Əliyevi alternativsiz Prezident görür. Onun gördüyü işlərlə, əməllərlə fəxr etdiklərini deyirlər.

 

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

22 Oktyabr 2019 17:38 - CƏMİYYƏT
CƏMİYYƏT
31 Oktyabr 2019 | 16:55
Əli Kərimlinin növbəti şousu

Köhnə versiyamızdan xəbərləri izlə