Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün biletlər satışdadır

"Formula 1" üzrə 2020-ci il Azərbaycan Qran-prisi üçün bilet satışına başlanılıb.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarainin sözlərinə görə, satış şirkətin rəsmi vebsaytında və iTicket kassalarında aparılır. Yarışın keçirilməsinin 5 illiyi münasibətilə əməliyyat şirkəti avtoidman həvəskarlarına dördgünlük biletləri 20% endirimlə təklif edir. Endirim kampaniyası 15 yanvar 2020-ci ilədək davam edəcək.

Konfransda qeyd edilib ki, ilkin endirim kampaniyası ilə birlikdə sırf yerli sakinlərə əlavə 25 %-lik endirim də təqdim olunur. Yerli sakinlər kateqoriyasına şəxsiyyət vəsiqəsinə sahib hər bir Azərbaycan vətəndaşı və ölkədə müvəqqəti yaşama icazəsi olan hər bir xarici vətəndaş bu endirimlərdən yararlana biləcək.  Əməliyyat Şirkətinin Kommersiya şöbəsinin rəhbəri Bülent Özerdim bildirib ki, ildən ilə bilet alan turistlərin sayında artım müşahidə olunur.

O, həmçinin  yarışın əyləncə proqramı ilə bağlı da bəzi məqamlara toxunub. Qeyd edib ki, pit yolunda gəzmək üçün  4 günlük biletə sahib olmaq lazımdır.

Qeyd edək ki, yarış məkanına daxil olarkən şəxsiyyəti təsdiq edən vəsiqənin təqdim edilməsi tələb oluna bilər. Yarışı izləmək istəyən azarkeşlər üçün təklif olunan dördgünlük biletlərin indiki qiyməti tribunadan asılı olaraq 210 - 710 manat arasında dəyişir. 2020-ci il Azərbaycan Qran Prisi 5 - 7 iyun tarixlərində keçiriləcək.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

22 Oktyabr 2019 16:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə