Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Abşeronun gənc musiqiçiləri Gürcüstandan qayıdıblar

Abşeronun gənc musiqiçiləri Gürcüstandan qayıdıblar

Xırdalan şəhər 11 illik Musiqi Məktəbinin və Mehdiabad Uşaq Musiqi Məktəbinin kollektivləri Gürcüstandan qayıdıblar. Kollektiv Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə təşkil olunan konsertdə iştirak edib.

Məktəbin direktoru, Əməkdar müəllim İkram Manafov bildirib ki, gənc musiqiçilər əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Tbilisi şəhərindəki büstünü ziyarət edib, önünə tər güllər düzərək, xatirəsini ehtiramla anıblar.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənovun da iştirak etdiyi tədbirdə çıxış edən Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva 18 oktyabrın Azərbaycan tarixindəki yeri və rolu barədə məlumat verib, müstəqil Azərbaycanın bu gün çiçəkləndiyini, qüdrətləndiyini və möhkəmləndiyini, dünyada layiqli yer tutduğunu qeyd edib.

Tədbir konsert proqramı ilə davam edib. Abşeronlu məktəblilərin ifasında xalq və bəstəkar mahnıları səsləndirilib və milli rəqslərimiz nümayiş olunub.

 

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

22 Oktyabr 2019 15:58 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə