Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Almaniyada fermerlər aksiya keçirirlər

Almaniyada fermerlər aksiya keçirirlər

Almaniyanın paytaxtı Berlində fermerlərin tətili ilə əlaqədar şəhərin mərkəzi küçələri bağlanıb.

Fermerlər şəhərə yüzlərlə traktor və digər kənd təsərrüfatı texnikası cəlb edib.

Qeyd olnur ki, etirazlar hökumətin aqrar siyasətinə qarşı yönəlib. Fermerlər iddia edirlər ki, bu yay baş vermiş quraqlıqla əlaqədar hökumət kənd təsərrüfatına lazımi qədər yardım göstərməyib.

Hazırda Berlində aksiya ilə əlaqədar yol hərəkətinin nizamlanması üçün 600 polis cəlb olunub.

Aksiya oktyabrın 22-də səhər saat 9-da başlasa da, aksiyadan əvvəl ölkənin hər tərəfindən Berlinin mərkəzindəki Böyük Ulduz meydanına doğru irəliləyən traktorlar nəqliyyatın hərəkətinə mane olaraq, tıxac yaranmasına səbəb olub.

 Fermerlər belə hesab edirlər ki, hökumətin planlaşdırdığı aqrar paket bu sektorda əlavə çətinliklər yaradacaq. Aqrar paketdə müxtəlif tədbirlərlə yanaşı, gübrələrdən istifadə norması ilə bağlı sərt  tələblər də nəzərdə tutulur.

Aksiya Almaniyanın Bonn, Münxen, Ştutqart, Frayburq və digər şəhərlərində də keçirilir.

 

Samirə Əliyeva,
“Xalq qəzeti”

22 Oktyabr 2019 15:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə