Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Səməd Seyidov: Destruktiv elementlər Azərbaycanda bir daha qara niyyətlərinin olduğunu ortaya qoydular

Səməd Seyidov: Destruktiv elementlər Azərbaycanda bir daha qara niyyətlərinin olduğunu ortaya qoydular

Destruktiv elementlər Azərbaycanda bir daha qara niyyətlərinin olduğunu ortaya qoydular. Onlar Azərbaycanın beynəlxalq əlaqələrinə, ölkəmizin imicinə zərbə vurmaq istəyirlər. Lakin onlar bu istəklərini heç zaman yerinə yetirə bilməyəcəklər. Bunu Milli Məclisin deputatı Səməd Seyidov parlamentin iclasında çıxış edərkən deyib.

Səməd Seyidov bildirib ki, Azərbaycan Prezidentinin apardığı xarici siyasət dünyada ən yüksək səviyyədə qəbul olunur: “Bir neçə gün sonra ən mühüm beynəlxalq təşkilatlardan biri olan Qoşulmama Hərəkatının Azərbaycanda zirvə toplantısı keçiriləcək. Radikal-dağıdıcı qüvvələr, eyni zamanda Azərbaycan-Amerika münasibətlərinə xələl gətirmək istəyirlər. Lakin bu,mümkün deyil. İki ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf edir”.

Deputat qeyd edib ki, Azərbaycan artıq dünyada qəbul olunan siyasət həyata keçirir: “Ölkəmizin həyata keçirdiyi siyasət regiona inkişaf gətirir. Həmin qüvvələr Azərbaycan Prezidentinin islahatlarına zərbə vurmaq istəyirlər. Hesab edirəm ki, hamımız bu hadisələri təhlil edərək bir daha başa düşdük ki, ölkə başçısının həyata keçirdiyi siyasət xalqın iradəsini əks etdirir və heç kim bunun qarşısını ala bilməz”.

 

“Xalq qəzeti”

22 Oktyabr 2019 14:16 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə