Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

HDQ-nin taktiki təlimləri başa çatıb

HDQ-nin taktiki təlimləri başa çatıb

Azərbaycanın Xəzər dənizindəki ərazi sularında enerji infrastrukturunun mühafizəsi üzrə Hərbi Dəniz Qüvvələrində (HDQ) keçirilən taktiki təlimlər başa çatıb.

Müdafiə Nazirliyindən verilən məlumatda bildirilir ki, gəmi taktiki qruplarının qarşılıqlı fəaliyyətdə döyüş əməliyyatlarının planlaşdırılması və aparılması məsələlərinin işlənilməsi üzrə keçirilən təlimin məqsədi gəmi birləşmələri tərkibində birgə fəaliyyətin təşkili olub.

Təlimdə qüvvələrin idarəolunması üzrə komandirlərin və qərargahların bacarıqları təkmilləşdirilib, gəmi birləşmələrinin döyüş tapşırıqlarının yerinə yetirilməsi hazırlıqları yoxlanılıb.

 

“Xalq qəzeti”

22 Oktyabr 2019 14:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə