Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hakan Mengüç: Azərbaycanda özümü xoşbəxt hiss edirəm

Hakan Mengüç: Azərbaycanda özümü xoşbəxt hiss edirəm

Sufizmdən, təsəvvüf elmindən danışanda xatırlananlar arasında Hakan Mengüçün adının çəkilməsi təsadüf deyil. Hakanı ölkəmizdə tanımayan az insan olar. O Azərbaycanı öz vətəni hesab edir və buraya hər gəlişində xalqımıza olan sevgisini dilə gətirir, ziyalıların dünyagörüşünə hörmətlə yanaşdığını bildirir. Qeyd edək ki, Hakan Mengüç sufizmlə bağlı bir sıra maraqlı kitabların müəllifidir.

Milli Məclisin deputatı Qənirə Paşayevanın ölkəmizdə öz sənət dostları ilə səfərdə olan  Hakan Mengüçlə görüşündə gözəl söhbət və maraqlı fikir mübadiləsi aparılıb. Görüşün sonunda  Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi və Arzu Bağırovanın rəhbərlik etdiyi “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyi adından Hakan Mengüçə tanınmış rəssamımız Sabir Çopuroğlunun neftlə işlənmiş "Yolçuluq" adlı əsəri hədiyyə edilib. Eyni zamanda onun rəhbərlik etdiyi sənətçi heyyətinə də Azərbaycan mədəniyyəti ilə bağlı hədiyyələr təqdim olunub.

Görüş zamanı Qənirə Paşayeva H. Mengüçə “öz vətəninizə xoş gəldiniz”- deyib. Azərbaycanı çox sevdiyini, qardaş ölkəyə çox dəyər verdiyini deyən Hakan Mengüç “Azərbaycana gəlməkdən özümü çox xoşbəxt hiss edirəm” --deyib. Q.Paşayeva ona təsəvvüfdə və sufizmdə Azərbaycan türklərinin yeri və rolu barədə geniş məlumatlar verib və bildirib ki, Azərbaycan sufizmin, təsəvvüfün əsas beşiklərindən biridir. Heç təsadüfi deyil ki, bu il cənab Prezidentimizin rəhbərliyi ilə böyük sufi şairi, filosof  İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunur.

Q. Paşayeva ölkəmizin 1-ci vitse Prezidenti, hörmətli Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun vitse Prezidenti Leyla xanım Əliyevanın təşəbbüsləri ilə Nəsiminin 650 illik yubileyi ilə əlaqədar həyata keçirilən böyük layihələrlə bağlı geniş məlumatlar verib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

22 Oktyabr 2019 11:47 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə