Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Trüdonun Liberal partiyası parlament seçkilərində qalib gəlib

Trüdonun Liberal partiyası parlament seçkilərində qalib gəlib

Kanadanın Milli Seçki Komissiyası bildirib ki, baş nazir Castin Trüdonun rəhbəri olduğu Liberal partiya ölkədə keçirilən parlament seçkilərində qalib gəlib.

Məlumata əsasən, liberallar seçicilərin 33,6 faiz səsini toplayaraq 338 dairədən 158-də qalib gəliblər. Kanadanın Konservativ partiyası 119 dairədə üsünlük qazanıb (34,1 faiz). Üçüncü yerdə 33 dairədə (8,7 faiz) qalib gələn "Kvebek bloku" qərarlaşıb.

Kanada qanunvericiliyinə uyğun olaraq, çoxluq hökuməti formalaşdırmaq üçün qalib gələn partiya ən azı 170 dairədə üstünlük qazanmalıdır. Bu seçkidə partiyaların heç biri 170 dairədə üstünlük qazanmadığına görə azlıq hökuməti təşkil ediləcək.

Qeyd edək ki, Kanadanın Baş Naziri Castin Trüdonun tövsiyəsi ilə general-qubernator Jüli Payet sentyabrın 11-də parlamenti buraxaraq oktyabrın 21-nə yeni seçkilər təyin etmişdi.

 

“Xalq qəzeti”

22 Oktyabr 2019 11:28 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə