Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Uşaqlar icma əsaslı sosial reabilitasiya mərkəzinə cəlb olunub

Uşaqlar icma əsaslı sosial reabilitasiya mərkəzinə cəlb olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişi əsasında “Sosial İnkişafa Yardım” İctimai Birliyi tərəfindən Kürdəmir rayonunda sağlamlıq imkanları məhdud uşaqlar üçün yaradılmış icma əsaslı sosial reabilitasiya mərkəzinə 50 uşaq cəlb edilib.

Mərkəzin mütəxəssisləri tərəfindən ilk növbədə funksional qiymətləndirmə aparılmaqla uşaqların gündəlik həyatda üzləşdikləri əqli və fiziki problemləri araşdırılır.  Bu problemlərin  aradan qaldırılması üçün aktiv terapiya və oyun terapiyası kimi müasir reabilitasiya üsulları tətbiq edilir, loqopedik və psixoloji məşğələlər təşkil edilir. Uşaqlarda zəruri bacarıq, o cümlədən ünsiyyət qurma bacarığı və vərdişlər formalaşdırılır. Erkən müdaxilə və inkluziv təhsil xidmətləri göstərilir.

Uşaqların ailələri ilə də uşaqlarla davranış, onların reabilitasiyasına ev şəraitində dəstək tədbirləri, müvəkkillik və s. üzrə maarifləndirmə işləri aparılır.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

22 Oktyabr 2019 11:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə