Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Heydər Əliyev Mərkəzinin parkında Müstəqillik Günü münasibətilə konsert olub

Heydər Əliyev Mərkəzinin parkında Müstəqillik Günü münasibətilə konsert olub

Oktyabrın 20-də Heydər Əliyev Mərkəzinin parkında Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş konsert  olub. AZƏRTAC xəbər verir ki, konsertdə bir çox tanınmış şəxslər, ziyalılar, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib. 

Konsert “Natiq” ritm qrupu və “Mirvari” rəqs qrupunun birgə təqdimatında “Qarabağ” kompozisiyası ilə başlayıb.
Sonra Azərbaycanın estrada ulduzları Murad Arif, Röya və Miri Yusif çıxış edib, məşhur mahnılarını səsləndiriblər. 
Musiqili gecədə, həmçinin ­Rusiyada yaşayıb fəaliyyət göstərən tanınmış azərbaycanlı ifaçılar Elman, Ellai, ­BahhTee konsertdə xüsusi qonaq qismində iştirak edərək  populyar kompozisiyalarını ifa ediblər.
Sonra müğənni-bəstəkar, Azərbaycanın Xalq artisti  EMİN çıxış edib. O, repertuarından bir sıra məşhur mahnılarını ifa edib. EMİN Azərbaycana həsr olunan mahnısını isə konsertdə iştirak edən digər sənətçilər və tamaşaçılarla birlikdə oxuyub. 
Heydər Əliyev Mərkəzinin parkında təşkil olunan bayram konsertində Azərbaycan bayrağını dalğalandıran minlərlə insan iştirak edib.

 

AZƏRTAC

 

22 Oktyabr 2019 00:16 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə