Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Süleyman Soylu: Türkiyə Qərbin PKK ilə bağlı planlarını alt-üst etdi

Süleyman Soylu: Türkiyə Qərbin PKK ilə bağlı planlarını alt-üst etdi

Türkiyənin daxili işlər naziri Süleyman Soylu “Sülh çeşməsi” hərbi əməliyyatını şərh edərkən bildirib ki, bir sıra Qərb dövlətlərinin məqsədi regionda PKK amilini rəsmi Ankaraya zorla qəbul etdirmək idi. Lakin onlar bu məkrli niyyətlərinə nail ola bilmədilər. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. 

Nazir jurnalistlərə açıqlamasında deyib: “Müəyyən dairələr Yaxın Şərq üzrə planlarını Türkiyəyə sırımaq üçün əllərindən gələni edirdilər. Onlar ölkəmizdə hərbi çevriliş etməyə cəhd etdilər – alınmadı!  Türkiyənin bir çöx vilayətlərində terrorçuları fəallaşdırmağa cəhd edərək, ölkəmizdə sabitliyi pozmağa, iqtisadiyyatı dağıtmağa çalışdılar. İflasa uğradılar! Türkiyənin cənub sərhədlərində İŞİD-lə mübarizə bəhanəsi ilə terrorçular üçün ayrıca dövlət yaratmağa cəhd etdilər. Yenidən uğursuzluğa düçar oldular!” 
S.Soylu vurğulayıb ki, bütün təzyiqlərə baxmayaraq, rəsmi Ankara ölkənin milli maraqlarına uyğun daxili və xarici siyasətini  davam etdirir. “Sülh çeşməsi” hərbi əməliyyatı məhz bu siyasətin təzahürüdür. Təqdirəlayiq haldır ki, bütün türk xalqı Suriyadan qaynaqlanan təhdidlərin qarşısının qətiyyətlə alınmasının tərəfdarıdır. 
Nazir xatırladıb ki, hazırda Türkiyə əraziində 3,6 milyona yaxın suriyalı qaçqın məskunlaşıb, əvvəli “Fərat qalxanı” və “Zeytun budağı” hərbi əməliyyatlarının nəticəsində 365 min suriyalı öz doğma yurdlarına qayıdıb. 
Xatırladaq ki, PKK terrorçuları 1984-cü ildən Türkiyə əraziində ağır təxribatlar, qanlı terror aktları törədir. Bu vaxtadək 40 minə yaxın günahsız insan terrorun qurbanı olub. ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatlarının siyahısına daxil edib. 
Son illər PKK öz pozucu fəaliyyətini gizlətmək məqsədilə regionda bir sıra törəmə qurumlar yaradıb. Suriyada fəaliyyət göstərən YPG və PYD PKK-nın törəmə qurumları hesab olunur. 

M.HACIXANLI, “Xalq qəzeti” 

22 Oktyabr 2019 00:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə