Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Volkswagen”də nasazlıq aşkarlanıb

“Volkswagen”də nasazlıq aşkarlanıb

“Volkswagen” avtokonserni Çin bazarında satılmış iki mindən çox “Porsche” avtomobilini geri çağırıb. Bildirilir ki, proses noyabrın 8-dən başlanacaq. Geri çağırılma 2015–2016-cı illərdə istehsal olunmuş “Panamera” və “Boxster” modelləri daxil olmaqla 2 min 83 ədəd avtomobilə şamil olunur. Bu avtomobillərdəki elektron idarəetmə bloklarının nasazlığı hava yastıqlarının və təhlükəsizlik kəmərlərinin düzgün işləməməsinə, bu isə öz növbəsində, sürücü  və sərnişinlərin həyatına ciddi təhlükə yaradır. Qeyd edilir ki, avtomobillərdəki nasaz detallar şirkətin Çin bölməsi tərəfindən yoxlanaraq dəyişdiriləcək.
Xəbəri “Autoua.net” verib.

Hazırladı: Elçin ABBASSOV, “Xalq qəzeti”

 

21 Oktyabr 2019 23:57 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə