Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ramin İsayev: Türk Şurasının Bakı Zirvəsi milli şirkətlərin beynəlxalq inteqrasiyası üçün əsaslı stimul verdi

Ramin İsayev: Türk Şurasının Bakı Zirvəsi milli şirkətlərin beynəlxalq inteqrasiyası üçün əsaslı stimul verdi

Türkdilli Dövlətlərin Əməkdaşlıq Təşkilatının (Türk Şurası) Bakıda keçirilən VII Zirvə Görüşünün qərarları türk dünyasında fəaliyyət göstərən milli şirkətlərin beynəlxalq inteqrasiyası üçün əsaslı stimuldur. Ümumiyyətlə bütün dünyada milli şirkətlərin inkişafına dövlət dəstəyi mühüm amildir. Türk Şurasının əməkdaşlıq prinsipləri isə üzv ölkələrin milli şirkətlərinin inkişafına kompleks dəstək prinsipini ortaya çıxarıb.

Bu sözləri AZƏRTAC-a SOCAR AQŞ-nin baş direktoru Ramin İsayev deyib.

SOCAR AQŞ ilə “China CAMC Engineering Co., Ltd. - IC İçtaş İnşaat Sanayi ve Ticaret A.Ş.” birgə müəssisəsi arasında “Duz gölü yeraltı qaz anbarlarının genişləndirilməsi” layihəsi çərçivəsində imzalanan müqavilənin uğurla başa çatacağına əminliyini ifadə edən R.İsayev bildirib: “Milli şirkətlərin inkişafı hökumətin həyata keçirdiyi siyasətlə birbaşa bağlıdır. Azərbaycan hökuməti davamlı olaraq ölkədə təsis olunan milli şirkətlərin inkişafı, o cümlədən xaricdə fəaliyyəti üçün təxirəsalınmaz tədbirlər həyata keçirir. Türk Şurasının qurucularından olan Azərbaycan bütün hallarda təşkilata üzv olan ölkələrin birgə iqtisadi layihələr həyata keçirməsində maraqlı olub. SOCAR AQŞ də hökumətin bu siyasətinin qarşıya qoyduğu məsuliyyəti başa düşür. Bu mənada hesab edirəm ki, Türkiyədəki fəaliyyətimizin gələcəkdə digər türkdilli ölkələrə də şaxələnməsi mümkün olacaq”.

 

Sabir Şahtaxtı,
AZƏRTAC-ın xüsusi müxbiri

21 Oktyabr 2019 17:59 - İQTİSADİYYAT
İQTİSADİYYAT
30 Oktyabr 2019 | 12:04
İşgüzar görüş

Köhnə versiyamızdan xəbərləri izlə