Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın Müdafiə naziri Çində bir sıra görüşlər keçirib

Azərbaycanın Müdafiə naziri Çində bir sıra görüşlər keçirib

Çin Xalq Respublikasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Pekində keçirilən IX Syanşan Forumunda iştirak edib. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Səfər çərçivəsində Müdafiə naziri həmçinin Çinin müdafiə sənayesi kompleksinə daxil olan “Poly Technologies” və “CETC International” şirkətlərinin nümayəndələri ilə görüşüb.

Görüşlərdə Azərbaycanla  Çin arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

21 Oktyabr 2019 17:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə