Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Təxribatçı qüvvələrin felinə uymaq olmaz

Təxribatçı qüvvələrin felinə uymaq olmaz

Bu il oktyabrda 19-da Bakının mərkəzində radikal müxalifətin – Milli Şuranın ictimai asayişi pozaraq, kütləvi aksiya keçirməyə cəhd etməsini paytaxt sakinlərinin böyük əksəriyyəti kimi, mən də qətiyyətlə pisləyirəm. Bu, təxribat xarakterli aksiyadır. Məqsəd sabitliyi pozmaq və dövlətimizin imicinə zərər vurmaqdır. 

Hesab edirəm ki, bu qeyri-qanuni aksiya xaricdən sifariş olunub. Belə ki, Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı “Valday” və Aşqabad görüşlərində səsləndirdiyi qətiyyətli fikirlər Azərbaycanın inkişafını əngəlləməyə çalışan bəzi beynəlxaql qüvvələri kəskin narahat etmişdir.

Görünən budur ki, müstəqil Azərbaycanın sürətlə yüksələn iqtisadi gücü, regional və beynəlxalq transmilli layihələrdə fəal iştirakı, ölkəmizdəki siyasi sabitlik və sosial məmnunluq, möhtərəm Prezidentimizn Qarabağla bağlı səsləndirdiyi sərt və ciddi mesajlar Qərbdəki bəzi ermənipərəst qüvvələri təşvişə salmışdır. 

Sirr deyil ki, həmin güclər Azərbaycanda hərc-mərcliyin və xaosun yaranmasında, təbii sərvətlərimizin talan olunmasında maraqlıdır.  Lakin bu məkrli niyyətlər ölkəmizdə heç vaxt həyata keçməyəcək. Çünki Azərbaycanda xalq ilə iqtidar arasında sarsılmaz birlik mövcuddur.

Bəli, bu gün Azərbaycanda əmin-amanlıqdır, iqtisadiyyatımız inkişaf edir, insanların sosial rifahı gündən-günə yaxşılaşır. Qarabağ problemimiz var. Bu, dövlət başçısından tutmuş Vətənini sevən hər kəsi çox narahat edir. Xalqımız öz lideri ətarında sıx birləşib torpaqlarımızı azad etmək əzmindədir.

Düşünürəm ki, torpaqlarımız işğaldan mütləq azad olunacaq, sosial vəziyyətimiz daha da yaxşılaşacaq, əmin-amanlıq da daha möhkəm şəkildə qorunub saxlanılacaq. Bunun üçün biz ölkəmizi, dövlətimizi, Prezidentimizi sevməliyik. Düşmənin, təxribatçı qüvvələrin hiyləsinə uymaq olmaz. Bədfikirli insanlara qoşulmamalıyıq və ölkə başçısının ətrafında sıx birləşərək intibaha və gözəl gələcəyə doğru birgə irəliləməliyik.

 

Baba ƏHMƏDLİ,
qocaman neftçi,
texnika elmləri namizədi

21 Oktyabr 2019 16:45 - CƏMİYYƏT
CƏMİYYƏT
31 Oktyabr 2019 | 16:55
Əli Kərimlinin növbəti şousu

Köhnə versiyamızdan xəbərləri izlə