Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Destruktiv müxalifət liderləri siyasi meydandan çəkilməlidir

Azərbaycanda mövcud olan xalq-iqtidar birliyi heç zaman pozulmayacaq

Destruktiv müxalifət liderləri siyasi meydandan çəkilməlidir

Oktyabrın 19-da müxalifət özünün növbəti fiaskosunu yaşadı. Əsasən AXCP sədri Əli Kərimlinin başçılığı ilə qeyri-qanuni aksiyaya toplaşmağa cəhd edən müxalif yönümlü bir qrup paytaxt şəhərimizin mərkəzi küçələrində nizam-intizamı pozmağa, gündəlik qayğılarının dalınca işə, evə, yaxud başqa bir yerə gedən vətəndaşları narahat etməyə başladı və təbii ki, hüquq-mühafizə orqanlarının haqlı müdaxiləsi ilə qarşılaşdılar.

Şübhəsiz ki, müxalifət liderləri atdıqları addımın qanunazidd olduğunu bilirdilər və qanunsuz hərəkətlərin mütləq cəzaya gətirib çıxaracağından hali idilər. Onlara qabaqcadan xəbərdarlıq da edilmişdi. Belə olan təqdirdə onların insanları düşünülmüş şəkildə küçələrə çıxarması və qanun keşikşiləri ilə baş-başa buraxması, sadəcə, cinayət kimi qiymətləndirilməlidir. Əli Kərimli və AXCP rəhbərliyi məhz belə bir cinayəti işlədilər.

Bu üzdəniraq müxalifət liderləri bu gün şükür etməlidirlər ki, Azərbaycan polisi aksiyanın gedişində olduqca peşəkar davrandı və qanunsuz aksiya ağır insidentlərsiz başa çatdı. Əli Kərimli və digər antimilli şəxslər hazırda bir qrup müxalifətçi şəxsin bu aksiyasından anti-Azərbaycan təbliğatı aparmaq üçün istifadə edir, özləri qanunlara qarşı sayğısızlıq göstərdikləri halda dövləti hədəf götürür, mənəviyyatsız və etikadan kənar qara piar kampaniyası aparır, məsələnin beynəlxalq təşkilatların gündəminə düşməsi, ölkəmizə qarşı hansısa bəyanatların səslənməsinə cəhdlər edirlər. O da aydındır ki, xarici ölkələrdəki bir çox anti-Azərbaycan dairələrə də elə bu lazımdır ki, ölkəmizdə sabitliyi pozmaq üçün hərəkətə keçsinlər.

Amma məsələnin əsl mahiyyəti ondan ibarətdir ki, Bakı Şəhər İcra Hakimiyyəti mitinqin təşkilatçılarına tədbirlərini tam azad və sərbəst şəkildə keçirmək, bütün tərəfdarlarını toplayaraq etirazlarını bildirmək üçün müvafiq yer təklif etmişdi. Təşkilatlara polis idarələrində izah olunmuşdu ki, şəhərin mərkəzində ictimai asayişin pozulmasına yol verilməyəcək, bu cür hərəkətlərə cəhd edilərsə, aksiyanın qarşısı sərt şəkildə alınacaq.

Bəs millətinin rahatlığını, hər gün on minlərlə turistin gəzib dolaşdığı paytaxt şəhərimizin sabitliyini və sakitliyini düşünməyən müxalifət neylədi? Son nəticədə məlum oldu ki, onların məqsədi elə insanların rahatlığını, Bakının və ümumiyyətlə ölkənin sabitliyini pozmaq imiş. Ona görə də, hesab edirəm ki, xalqın etimadını itirmiş, destruktiv müxalifət liderləri ölkənin siyasi meydanından çəkinməli, Azərbaycanda mövcud olan xalq-iqtidar birliyinə əngəl törətməməlidirlər.

 

Azər VERDİYEV,
Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri, politoloq

21 Oktyabr 2019 16:43 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə