Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Oktyabrın 21-də gözlənilən hava şəraiti haqqında məlumat

Oktyabrın 21-də gözlənilən hava şəraiti haqqında məlumat

Bakıda və Abşeron yarımadasında

Dəyişkən buludlu olacaq.  Əsasən yağmursuz keçəcək.

Arabir güclənən mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu  gecə 15-19° isti, gündüz  20-24° isti təşkil edəcək.

Bakıda gecə 15-17° isti, gündüz  21-23°  isti təşkil edəcək.

Atmosfer  təzyiqi normadan yüksək 762 mm civə sütunundan 767 mm civə

sütununa yüksələcək. 

Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % olacaq.  

Azərbaycanın rayonlarında

Bəzi yerlərdə  yağış yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.  Gecə və səhər ayrı-ayrı yerlərdə  duman.  Şərq  küləyi  ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-18° isti, gündüz  23-28° isti, dağlarda gecə 6-11° isti, gündüz  13-18° isti təşkil edəcək.

21 Oktyabr 2019 16:19 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə