Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yanvar-sentyabr aylarında ölkəmizə 2,4 milyondan çox turist gəlmişdir

Yanvar-sentyabr aylarında ölkəmizə 2,4 milyondan çox turist gəlmişdir

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2019-cu ilin yanvar-sentyabr aylarında  Azərbaycana dünyanın 191 ölkəsindən 2418,3 min və ya 2018-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 9,5 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.

Statistika Komitəsindən verilən məlumatda bildirilir ki, gələnlərin 30 faizi Rusiya Federasiyası, 22 faizi Gürcüstan, 9,7 faizi Türkiyə, 8,2 faizi İran, 3,9 faizi Səudiyyə Ərəbistanı, 2,1 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,9 faizi Hindistan, hər birindən 1,8 faiz olmaqla İraq və Ukrayna, 1,6 faizi Türkmənistan, hər birindən 1,5 faiz olmaqla İsrail və Qazaxıstan, 1,4 faizi Pakistan, 1,2 faizi Böyük Britaniya, 11,3 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olmuşdur.

Ölkəmizə yanvar-sentyabr aylarında gələnlərin sayında daha çox artım Türkmənistan (96 faiz), Hindistan (70,1 faiz), Misir (66,3 faiz), Çin (63,7 faiz), Səudiyyə Ərəbistanı (42 faiz), Filippin (39,4 faiz), Macarıstan (34,8 faiz), Polşa (32 faiz), Malayziya (27,3 faiz), Böyük Britaniya (27 faiz), İspaniya (26,7 faiz), Cənubi Koreya (22,4 faiz), Gürcüstan (21,6 faiz) və Almaniya (21,6 faiz) vətəndaşları arasında qeydə alınmışdır.

2019-cu ilin yanvar-sentyabr aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 24 faiz artaraq 110,3 min nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 8,3 faiz artaraq 880,9 min nəfər olmuşdur.

2019-cu ilin yanvar-sentyabr aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 17,9 faiz artaraq 4 milyon 201,5 min nəfər olmuşdur. Ölkə vətəndaşlarının 36,3 faizi İrana, 29 faizi Gürcüstana, 17,5 faizi Rusiya Federasiyasına, 11,8 faizi Türkiyəyə, 5,4 faizi isə digər ölkələrə getmişdir.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 39,1 faiz, Gürcüstana gedənlərin sayı 12,7 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 6,5 faiz, Türkiyəyə gedənlərin sayı isə 4,7 faiz artmışdır.

 

Samirə Əliyeva,
“Xalq qəzeti”

21 Oktyabr 2019 15:57 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə