Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Deputat: Radikal müxalifət növbəti dəfə xalq tərəfindən boykot edildi

Deputat: Radikal müxalifət növbəti dəfə xalq tərəfindən boykot edildi

Radikal müxalifətin oktyabrın 19-da Bakıda qanunsuz mitinq keçirməyə cəhd etməsinin məqsədi ölkədə gərginlik, qarşıdurma yaratmaq idi. Bunu Trend-ə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Eldəniz Səlimov deyib.

E.Səlimov bildirib ki, həmin qüvvələr həmişə olduğu kimi uğursuzluğa düçar oldular, xalq tərəfindən boykot edildilər: "Nə edirlər-etsinlər, həmin qüvvələr heç zaman niyyətlərinə, məqsədlərinə nail ola bilməyəcək, ən əsası Azərbaycan xalqı və dövləti buna imkan verməyəcək.

Azərbaycan demokratik, hüquqi dövlətdir. Ölkə qanunlarla və Konstitusiya ilə idarə olunur. Hansı mövqedə olmasından asılı olmayaraq, hər bir fərdin, hər bir kəsin hüquq və azadlıqları təmin edilir, mövcud qanunlarla və Konstitusiya ilə qorunur. O cümlədən, ölkədə sərbəst toplaşmaq azadlığı hüququ tam təmin edilir. İqtidar, Bakı Şəhər İcra hakimiyyəti sərbəst toplaşmaq azadlığının təmin edilməsi və reallaşdırılması üçün müvafiq yerlər ayırıb.

Bir neçə gün öncə müxalifətin, Milli Şuranin müraciətlərinə cavab olaraq, mitiniq üçün Lökbatanda yer ayrılmışdı. Əgər müxalifət, Milli Şura həqiqən dediyi kimi, güclü, nüfuzlu, xalq arasında dəstəyi yetərli, sosial dayaqları güclü idisə, onlar üçün ayrılan məkana gedər, dediklərini faktlarla sübut edər, hər kəsi da fakt qarşısında qoyardılar. Amma özləri də əsl vəziyyətin, durumlarının, sosial dayaqlarının nə yerdə olduqlarını gözəl bilirlər. Anlayırlar ki, ora getsələr, biabırçı duruma düşəcəklər, təbdirlərinə ən yaxşı halda 300-dən artıq adam qatılmayacaq. Ona görə də məkan, yer məsələsini növbəti dəfə bəhanə gətirərək, qarşıdurma, gərginlik yolunu tutdular. Qanunsuz, razılaşdırılmamış aksiyaya cəhd etməklə, digər vətəndaşların hüquqlarını pozdular. Həmçinin, onlara kənardan işarə verənlərə Azərbaycanın üzərinə yürümək, çamur atmaq üçün fürsət yaratmağa çalışdılar.

Amma nə edirlər-etsinlər, alınmayacaq, necə ki, indiyə qədər alınmayıb. Yenə də fiaskoya, məğlubiyyətə məhkum olacaqlar. Həm də birdəfəlik dərk etməlidirlər ki, Azərbaycanda, hakimiyyət məsələsi küçələrdə həll olunmur. O dövr, inqilablar, çevrilişlər mərhələsi çox-çox geridə qalıb. Azərbaycanda hakimiyyət məsələsini seçkilər, Azərbaycan xalqının iradəsi, demokratik seçimi həll edir. Əgər özlərinə belə əmindirdlərsə, güclərini seçkilərdə sınasınlar. Amma əmin deyillər, özləri də özlərinə inanmırlar. Özlərinə inamı, güvəni olmayanlara kim güvənəcək, etimad edəcək? Heç kim! Odur ki, Azərbaycan bu günə qədər qanunlarla idarə olunduğu kimi, bundan sonra da qanunun sərt və birmənalı üzü ilə idarə olunacaq, heç kimə qanundankənar fəaliyyətə icazə və imkan verilməyəcək".

21 Oktyabr 2019 15:50 - CƏMİYYƏT
CƏMİYYƏT
31 Oktyabr 2019 | 16:55
Əli Kərimlinin növbəti şousu

Köhnə versiyamızdan xəbərləri izlə