Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Deputat: Qanunsuz mitinq keçirməyə cəhd edən radikal müxalifət xalqın dəstəyini görmədi

Deputat: Qanunsuz mitinq keçirməyə cəhd edən radikal müxalifət xalqın dəstəyini görmədi

Ötən gün Bakıda qanunsuz mitinq keçirməyə cəhd edən radikal müxalifət xalqın dəstəyini görmədi. Bunu Trend-ə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Sona Əliyeva deyib.

Deputat bildirib ki, 100-150 adam xalqın iradəsini ifadə edə bilməz: "Ola bilər kimlərsə aksiyada iştiraka sövq edilir, lakin yaradılan qarşıdurmada xalqın düşüncə ifadəsini nümayiş etdirmək arzusu, heç bir elektorat tərəfindən qəbul edilməyəcək dərəcədə absurd ideya idi.

Görünən və yaşanan isə budur. Xalq öz iradəsi ilə seçdiyi lideri Prezident İlham Əliyevə inanır, arxalanır. Cəmiyyət riyakarlıqdan uzaqdır. Bu danılmazdır, çünki Prezidentin xalqla görüşlərində yaşanan səmimiyyət, etiraf olunan rəğbət və sevgi bəlağəsiz bir şəkildə sadə insanların simasında əks olunur. Bunu görməmək isə, yəqin özünü aldatmaqdır".

Deputat bildirib ki, ümumiyyətlə, müxalifətin təşkil etdiyi aksiyalar xarakterinə görə xalqın maraqlarının müdafiəsi altında pərdələnən hakimiyyət davasından başqa bir şey deyil: "Hakimiyyətə gəlmək arzusunun köləliyi altında, ambisiyaların reallaşması uğrunda insanları təhlükəyə atmaq, lazım gələndə istifadə etmək, böhtan atmaq, şərləmək isə artıq müxaliflərin vərdişinə çevirlib. Asayişi, insanların rahatlığını pozmaq, təhlükəyə atmaq isə həm də məsuliyyət hissinin olmamasından qaynaqlanır.

Bütün dünyda olduğu kimi, təbii ki, bu kimi aksiyalarda ictimai asayişi qorumaq üçün polisin müdaxiləsi  labüddür. Təhlükəsizliyimizin təmini bizim qazanılmış hüququmuzdur. Dünyanın hansı ölkəsində qanunsuz aksiyaların qarşısı alınmır? Ən inkişaf etmiş ölkələrdə belə bu normal hal sayılır.

Bu qarşıdurma özünü milliyyətçi adlandıraraq, xarici mərkəzlərin maliyyəsi və təlimatları əsasında xalqı xaosa sürükləmək panının bir hissəsidir. Xaqlı mənfi rəyə bağlamaq, onu aqresiyayya yönəltmək özü cinayətdir. Reallıqda isə müxalifətin apardığı işin ana xəttini bu missiya təşkil edir".

S.Əliyeva qeyd edib ki, bu gün Azərbyacan Prezidentinin qətiyyəti, siyasi iradəsinin nəticəsidir ki, Azərbaycan bəzi müsəlman dövlətlərinin taleyini yaşamır: "Bizi isə xilas edən xalq və hakimiyyətin birliyidir. Adı müxalifət, özü isə hamıya müxalif olan bir qrupun siyasi mənzərəyə neqativ müdaxiləsi cəmiyyət üçün yersiz narahatçılıqdan başqa bir şey deyil.

Öz içində düşmən niyyətləri dərk edən insan öz riyakarlığı ilə heç kəsi aldada bilməz. Daxilində düşmənçilik, nifrət və böhtan kimi mənfi emosiylarla yüklənmiş bir qrup müxalifətçi birmənalı olaraq öz riyakarlığı ilə Azətbaycan xalqını aldada, ictimai rəyi çaşdıra bilməz. Siyasi xaosun yaşandığı müstəqilliyin ilk illərində hamı nələrin yaşandığını, ictimai-siyasi, sosial həyatın mürəkkəbliyini, sadə məişət preoblemlərinin həllinin belə əlçatmaz olduğunu yaxşı xatırlayır. Yəqin ki, psixoloji immuniteti olan hər bir kəs eyni sarsıntıları bir daha yaşamaq istəməz".

21 Oktyabr 2019 15:48 - CƏMİYYƏT
CƏMİYYƏT
31 Oktyabr 2019 | 16:55
Əli Kərimlinin növbəti şousu

Köhnə versiyamızdan xəbərləri izlə