Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azər Həsrət: Əli Kərimli və məhdud tərəfdarları tükəndiklərinin fərqindədirlər

Azər Həsrət: Əli Kərimli və məhdud tərəfdarları tükəndiklərinin fərqindədirlər

Siyasi şərhçi Azər Həsrət müxalifətin qanunsuz aksiya keçirmək cəhdinə münasibətini açıqlayaraq bildirib ki, Azərbaycanda normal və sabit şərait olduğu halda bəzi qüvvələrin aksiya keçirmək cəhdləri təəssüf doğurur.

Azər Həsrət qeyd edib ki, Azərbaycan artıq sabit və dayanıqlı inkişafda olan, xalqı sülh şəraitində yaşayan ölkədir. Burada ortalığı qarışdırmaq, asayişi pozmaq üçün hər hansı addımın atılması dövlətə və millətə zərər verə bilər: "Əli Kərimli başda olmaqla, həmin qüvvələrin atdıqları bu addımlar həqiqətən də ondan xəbər verir ki, onların arxasında siyasi güc və xalqın dəstəyi yoxdur. Özləri də tükəndiklərinin fərqindədirlər. Ona görə də yaradılan şəraitdən istifadə edib normal bir məkanda, çoxsaylı kütləvi aksiya keçirə bilməyəcəklərinə əmin olduqları üçün gəlib Bakının mərkəzində, xüsusən də, mühafizə olunan zonada etiraz aksiyası keçirməyə cəhd göstərirlər".

A.Həsrət vurğulayıb ki, Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan polisi onların həmin ərazidə qanunsuz aksiya keçirməsinin qarşısını aldı və bu addımlar o qədər təmkinlə icra olundu ki, iqtidarı ittiham etmək istəyənlərə heç bir bəhanə verilmədi: "Azərbaycandakı bu aksiyanı demokratiyasından bəh-bəhlə dəm vurduqları Avropa ölkələrində, ABŞ-da mitinqlərin vəhşicəsinə dağıdılması səhnələri ilə müqayisə edəndə görürsən ki, həqiqətən də, Azərbaycan polisi qanunun tələblərinə dəqiq riayət edir və çox təmkinli davranır. Təəssüflər olsun ki, qanunsuz aksiya keçirmək istəyənlər bundan da sui-istifadə edib polisi özündən çıxarmaq üçün təxribatçı addımlar atırdılar. Lakin bütün hallarda polislərimiz nəzakətli və təmkinli davrandılar".

Siyasi şərhçi əlavə edib ki, məlum aksiyadan sonra da radikallar sakit dayanmadılar, faktiki olaraq, aksiya adı altında keçirmək istədikləri qanunsuz tədbirdən sonra media və ictimaiyyəti aldatmağa cəhdlər göstərdilər: "Hətta bəzi videokadrlarda qışqırırlar ki, "tankları çək, tankları çək". Halbuki, həmin ərazidə tank və ya digər texnika yox idi. Yəni bu adamlar elə rəy yaratmaq istəyirlər ki, guya, iqtidar onlara qarşı zirehli texnikadan istifadə edir. Təbii ki, cəfəngiyyatdır və bunu Azərbaycan xalqı görür. Bu cür şəxslərə çağırış edirəm ki, Azərbaycanın sabitliyini, ictimai asayişi pozmaq kimi əməllərdən birdəfəlik əl çəksinlər".

Qeyd edək ki, özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun üzvləri oktyabrın 19-u saat 15:00-dan başlayaraq ümumi sayı təxminən 220 nəfərədək olan bir neçə qrupla müxtəlif istiqamətlərdən metronun "28 May" stansiyasının önündəki meydana daxil olmağa cəhd göstərib.

Görülmüş tədbirlər nəticəsində hüquqazidd hərəkətlərin genişlənməsinin qarşısı alınıb.

21 Oktyabr 2019 15:46 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə