Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şahmat turnirinin qaliblərinə və iştirakçılarına mükafatlar təqdim edilib

Şahmat turnirinin qaliblərinə və iştirakçılarına mükafatlar təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin əməkdaşları arasında Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən, 18 oktyabr - Müstəqillik Gününə həsr edilmiş şahmat turnirinin qaliblərinə və iştirakçılarına mükafatların təqdim edilməsi tədbiri keçirilib.

DOST Agentliyində təşkil edilən tədbirdə nazir Sahil Babayev Müstəqillik Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. O, ulu öndərimizin müdrik siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini, Azərbaycanın dövlət müstəqilliyinin və dünya birliyindəki mövqeyinin daim möhkəmləndirildiyini vurğulayıb. Bildirib ki, 2003-cü illə müqayisədə ölkəmizin ÜDM-i 3,4 dəfədən çox, orta əmək haqqı 7,5 dəfə, minimum pensiya 10 dəfə artıb, 2,2 milyondan çox yeni iş yeri yaradılıb, işsizlik və yoxsulluq səviyyəsi 5% -ə düşüb, mühüm sosial proqramlar ildən-ilə genişlənib.

S.Babayev turnirin əməkdaşlar arasında idmanın təbliğinə, eyni zamanda zehni fəaliyyətin, intelllektual bacarıqların inkişafına kömək edən şahmata marağının artırılmasına xidmət etdiyini bildirib.

Tədbirdə qeyd edilib ki, şahmat turniri Nazirliyin müxtəlif struktur bölmələrində çalışan və Bakı şəhəri üzrə Birləşmiş Həmkarlar İttifaqı Təşkilatınının üzvləri olan əməkdaşlar arasında təşkil olunub. 16 əməkdaşın iştirak etdiyi turnir pley off sistemi üzrə keçirilib. Şahmat yarışında 1 oyunda hər iştirakçıya 20 dəqiqə vaxt verilib.

Tədbir 1-ci, 2-ci və 3-cü yeri tutan iştirakçıların, həmçinin digər iştirakçıların mükafatlandırılması ilə davam edib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

21 Oktyabr 2019 15:02 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə