Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ATU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub

ATU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub

Dövlət Müstəqilliyi Günü ilə əlaqədar olaraq Azərbaycan Tibb Universitetinin (ATU) Patoloji fiziologiya kafedrasında keçirilən tədbiri giriş sözü ilə açan universitetin tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev dövlətimizin müstəqillik qazanması ilə bağlı xaqlımızın keçdiyi şərəfli tarix, 18 oktyabr 1991-ci il ildə Ali Sovetin sessiyasında Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi və 1918--1920-ci illərdə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi elan olunması ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib.

Professor S.Əliyev xalqımızın 28 ildə keçdiyi keşməkeşli həyat yolundan, ulu öndər H.Əliyevin müstəqilliyimizin qorunub saxlanması istiqamətində xarici və daxili qüvvələrə qarşı apardığı yorulmaz mübarizədən söhbət açıb. Prorektor istər sovetlər dönəmində, istərsə də ikinci dəfə dövlətimiz müstəqillik qazandıqdan sonra ulu öndərin hakimiyyəti dövrünü geniş təhlil edərək, onun xalqımızın elmi, mədəniyyəti, sənayesi, kənd təsərrüfatı və digər sahələrdə inkişafındakı rolundan söhbət açıb. SSRİ-də Nazirlər Sovetinin 1-ci müavini işlədiyi dövrdə də Azərbaycanın mənafeyi naminə gördüyü işləri diqqətə çatdırıb.

Tədbir zamanı ulu öndərin müstəqilliyimizin qorunub saxlanması istiqamətində fəaliyyətini əks etdirən filim nümayiş etdirilib.

Qeyd edək ki, “Ulu Öndər” sənədli filmində Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-cu ildən 2003-cü ilədək həyat və fəaliyyətinin müxtəlif dövrünü əhatə edən kadrlar, Azərbaycan gənclərinə verdiyi tövsiyələr əksini tapıb.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

21 Oktyabr 2019 14:59 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə