Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avropa Sosial Xartiyasının daha iki maddəsinin ratifikasiyası istiqamətində işlər aparılır

Avropa Sosial Xartiyasının daha iki maddəsinin ratifikasiyası istiqamətində işlər aparılır

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Avropa Şurasının Bakı Ofisinin rəhbəri Zoltan Hernyeş ilə nazirlikdə keçirilən görüşdə ölkəmizdə aparılan sosial islahatlar barədə məlumat verib.

Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin nailiyyətlərini diqqətə çatdıran nazir vətəndaş rifahının dolğun şəkildə təminatı, eyni zamanda sosial hüquqlar sisteminin mütərəqqi beynəlxalq dəyərlərə  uyğun təkmilləşdirilməsi sahəsində ölkəmizdə atılan mühüm addımları diqqətə çatdırıb.

S.Babayev Avropa Şurasının Sosial Müdafiə üzrə Qarşılıqlı İnformasiya Sistemi (MİSSCEO) üzrə məlumat mübadiləsinin həyata keçrilməsi sahəsində görülmüş işləri  qeyd edib. O, Azərbaycanın Avropa Şurasının insan hüquqları ilə bağlı mühüm sənədlərini ratifikasiya edən bir ölkə olduğunu deyib.

Nazir Şura çərçivəsində regional beynəlxalq müqavilə olan Dəyişdirilmiş Avropa Sosial Xartiyasına da ölkəmizin hələ 2001-ci ilin oktyabr ayında qoşulduğunu bildirib. O, ötən dövrdə Xartiyanın əmək, kollektiv müqavilələr bağlamaq, uşaq və gənclərin müdafiəsi, ailənin sosial, hüquqi, iqtisadi müdafiəsi, cinsi ayrı-seçkiliyə məruz qalmadan məşğulluq sahəsində bərabər imkanlar və s. ilə maddələrinin ratifikasiyası sahəsində mühüm işlərin aparıldığını diqqətə çatdırıb. Bununla bağlı ölkə hesabatlarının təqdim olunduğunu bildirən nazir hazırda Xartiyanın daha iki maddəsi üzrə ratifikasiya işlərinin də aparıldığını qeyd edib.

Z.Hernyeş ölkəmizdə əmək, məşğulluq və sosial müdafiə sahəsində aparılan islahatları maraqla izlədiyini deyib, Dəyişdirilmiş Avropa Sosial Xartiyasının maddələri üzrə aparılan ratifikasiya işlərindən məmnunluğunu ifadə edib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

21 Oktyabr 2019 14:57 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə