Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ordumuz ərazi bütövlüyümüzü qorumağa hər zaman hazırdır

Ordumuz ərazi bütövlüyümüzü qorumağa hər zaman hazırdır

Azərbaycan Respublikası Hərbi Prokurorluğu və Milli Qeyri-Hökümət Təşkilatları Forumunun (MQF) birgə tədbirlər planına əsasən Qazax ərazi “N” hərbi hissəsində tədbir keçirilib. MQF-nin mətbuat xidmətindən bildiriblər ki, tədbirdə Qazax Hərbi Prokurorunun müavini, ədliyə kapitanı Elçin Quliyev,  prokuror-kriminalist, ədliyə kapitanı  Tural Həsənli,  “N” saylı Hərbi Hissə komandiri, polkovnik-leytenant  Rasim Əliyev, “N” saylı hərbi hissənin hərbi qulluqçuları, MQF-nin vitse-prezidenti, Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova və MQF Elm və Təhsil Mərkəzinin direktoru, “Əsgər anaları şurası”nın sədri Leyla Gərayzadə iştirak ediblər.

Qazax Hərbi Prokurorunun müavini, ədliyə kapitanı Elçin Quliyev və “N” saylı hərbi hissə komandiri, polkovnik-leytenant  Rasim Əliyev çıxış ediblər.    MQF-nin vitse-prezidenti, Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova son illər ərzində Azərbaycan Ordusunun hərbi potensialının və müdafiə qabiliyyətinin xeyli artdığını diqqətə çatdırıb. Qeyd edib ki, 2003-cü ildən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımlar Azərbaycan Ordusunun dünyanın ən qüdrətliləri sırasına daxil olmasına imkan yaradıb. Azərbaycan Ordusu Ali Baş Komandanın əmrinə əsasən, istənilən an düşmənə sarsıdıcı zərbə vuraraq, torpaqlarımızı işğaldan azad etmək iqtidarındadır.

MQF Elm və Təhsil Mərkəzinin direktoru, “Əsgər anaları şurası”nın sədri Leyla Gərayzadə bildirib ki, Azərbaycan Ordusunun formalaşması isə müstəqil Azərbaycan dövlətinin memarı, ümummilli liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Bu gün Azərbaycan Ordusunun quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Hərtərəfli güclənən, hərbi qüdrəti, döyüş qabiliyyəti artan Azərbaycan Ordusu böyük inkişaf yolu keçib və bu ordu işğal olunmuş ərazilərimizi düşməndən azad etməyə və ölkəmizin ərazi bütövlüyünü qorumağa hər zaman hazırdır.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

21 Oktyabr 2019 14:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə