Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mərkəzi Gömrük Hospitalında orqan transplantasiyası əməliyyatı üçün gəlmiş donorda aşkar edilmiş ciddi problem də aradan qaldırılıb

Mərkəzi Gömrük Hospitalında orqan transplantasiyası əməliyyatı üçün gəlmiş donorda aşkar edilmiş ciddi problem də aradan qaldırılıb

Mərkəzi Gömrük Hospitalının ümumi cərrah, cərrah-transplantoloqu, tibb üzrə fəlsəfə doktoru Dr. Mircəlal Kazımi növbəti dəfə böyrək transplantasiyası əməliyyatını uğurla həyata keçirib. Bu günlərdə  Dr. Mircəlal Kazımiyə Xaçmazda uzun müddət hemodializ proqramında olan 46 yaşlı pasiyent  müraciət edib.  Pasiyentdə  həm böyrək çatışmazlığı ilə, həm də uzun müddət hemodializ ilə bağlı ciddi problemlər yaranmışdır. Təbii ki, xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin yeganə müalicə üsulu böyrək transplantasiyası əməliyyatıdır.

Dr. Mircəlal Kazımi bildirir ki, bu pasiyent öz qardaşının donorluğu ilə əməliyyata hazırlaşmışdı. Donor başqa tibb  mərkəzində müayinə olundu və aşkar oldu ki, donorun böyrək arteriyasında ciddi darlıq var. Ona görə də, həmin mərkəzdə xəstəni əməliyyat etməkdən imtina etmişdilər, yəni onu donor kimi qəbul etməmişdilər. Lakin biz xəstəni müayinə etdik, kompyüter tomoqrafiyasına təkrar baxdıq və xəstənin donor kimi uyğun olduğuna qərar verdik.

Bizim xəstəxanamızın və komandamızın peşəkarlığı sayəsində xəstə əməliyyat olundu. Düzdür, bu əməliyyatın gedişatı çox mürəkkəb oldu, belə ki, donorun damarındakı darlığı biz xüsusi plastika edərək xəstəyə uğurla transplantasiya etdik. Hazırda xəstənin də, donorun da vəziyyəti normaldır, onlar özlərini qənaətbəxş hiss edirlər və onlar evə yazılıblar.

Qeyd edək ki, orqan transplantasiyası əməliyyatları mürəkkəb əməliyyatlar qrupundadır. Ona görə də,bu əməliyyatları etmək üçün həm əməliyyatı icra edən komandanın peşəkar olması, həm də xəstəxananın – tibb müəssisəsinin yüksək səviyyədə olması, yəni istənilən tibbi xidməti göstərə bilməsi vacibdir.

Mərkəzi Gömrük Hospitalında böyrək donorlarının əməliyyatları laparoskopik, yəni bağlı üsulla aparılır, bu da donorlar üçün böyük üstünlükdür, kiçik bir kəsiklə donor böyrəyi alınır, o, 2-3 günə evinə, 5-7 gündən sonra isə normal əmək fəaliyyətinə qayıda bilir.

 

Dilarə Zamanova,
Planlaşdırma və Marketinq şöbəsi,
PR üzrə mütəxəsssis

21 Oktyabr 2019 14:39 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə