Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ahmet Nur Çəbi “Beşiktaş”ın yeni prezidenti seçildi

Türkiyənin “Beşiktaş” klubunun yeni prezidenti müəyyənləşib.

Məlumata əsasən, Ahmet Nur Çəbi İstanbul təmsilçisinin yeni prezidenti seçilib.

60 yaşlı Trabzon doğumlu Ahmet Nur Çəbi 5009 səs toplamaqla “Beşiktaş”ın 34-cü prezidenti olub. O, qarşıdakı 2,5 il ərzində klubun rəhbəri vəzifəsini icra edəcək.

Qeyd edək ki, klubun bundan əvvəlki prezidenti Fikrət Orman idi. 2012-ci ildən İstanbul təmsilçisinə rəhbərlik edən Orman bu ay klubun nəticələrinin uğursuz olması səbəbindən istefa verib.

 

“Xalq qəzeti”

21 Oktyabr 2019 11:19 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə