Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyədə Nəsiminin 650 illiyi ilə bağlı tədbir keçirilib

Türkiyədə Nəsiminin 650 illiyi ilə bağlı tədbir keçirilib

İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM) QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Türkiyənin Kocaeli bölgəsində "Nəsimi-650" layihəsi çərçivəsində tədbirlərini davam etdirir.

Qurumun İzmit Sivil Toplum Mərkəzində Türkiyə-Azərbaycan Dərnəkləri Fedarasyonunu və Kocaeli Heydər Əliyev Kültür Evi ilə birgə keçirdiyi tədbirdə dahi Azərbaycan şairi anılıb, onu keçdiyi həyat yolu yaradıcılığından ətraflı bəhs olunub.

 Tədbiri giriş sözü ilə açan İSBAM rəhbəri Samir Adıgözəlli keçirilən layihənin mahiyyəti barədə ətraflı məlumat verib. Sonra İSBAM-ın Nəsimi haqda hazırladığı qisametrajlı film nümayiş olunub. Jurnalist Məhəmmədəli Qəribli dahi şairin həyat və yaradıcılığı barədə ətraflı məruzə ilə çıxış edib.

Tədbirdə iştirak edən Türkiyənin müxtəlif şəhərlərində təhsil alan azəbaycanlı tələbələr: Akif Kətənov, Şəfa Hacıyeva (Çakır), Jalə Əlizadə və Türkiyədə yaşayan, ixtisasca ədəbiyyat müəllimi olan soydaşımız Aynur Məmmədova Nəsimin yaradıcılığından şeirlər səsləndiriblər. Tədbirin sonunda İSBAM adından iştirakçılara Nəsimini və Azərbaycanın simvollarını tərənnüm edən hədiyyələr verilib. İSBAM layihə çərçivəsində tədbirlərini davam etdirir.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

21 Oktyabr 2019 10:59 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə