Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əli Kərimlinin “dahiyanə” planı baş tutmadı

Əli Kərimlinin “dahiyanə” planı baş tutmadı

Bakı Şəhər İcra Hakimiyyətinin müxalifətin mitinq keçirməsi üçün Lökbatan qəsəbəsində yer ayırmasına baxmayaraq “görkəmli güquqşünas”, “millət fədaisi”, köhnə cəbhəkrat Əli Kərimlinin metronun “28 May” stansiyasında icazəsiz mitinq keçirmək cəhdi baş tutmadı. Mərhum Əbülfəz Elçibəyin millətin düşməni adlandırdığı, AXCP təftiş komissiyasının sədri Aydın Məmmədovun siyasi dələduz adlandırdığı Əli Kərimli metronun qarşısında saxlanıldı.

“Görkəmli hüquqşünas”ın  buyuruq qulu olan, müsavatçı Tofiq Yaqubluya Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən edilən xəbərdarlığa baxmayaraq  cəbhəkratlar ictimai asayişi pozmaq istədilər. Əli Kərimlinin ölkəmizdə siyasi sabitliyi pozmaq, iğtişaş yaratmaq üçün hazırladığı “ dahiyanə plan bu dəfə də həyata keçmədi. Onu dəstəkləyən internet kanallar isə dil pəhlivanının bugünki məğlubiyyətini də “qələbə “ hesab edirlər.

Bu şəxslər bilməlidirlər ki, Azərbaycanda siyasi sabitlik möhkəmdir və hər Əli Kərimlilər bu sabitliyi poza bilməzlər.

 

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

19 Oktyabr 2019 17:15 - CƏMİYYƏT
CƏMİYYƏT
31 Oktyabr 2019 | 16:55
Əli Kərimlinin növbəti şousu

Köhnə versiyamızdan xəbərləri izlə